Bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışı üçün müraciətlərin başlanacağı deyilsə də, proses təxirə salınıb.
Bu İpoteka və Kredit Zəmanət Fondunun rəsmi portalına giriş hissədə qeyd edilib.
Hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir.
“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılıb.
Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
/oxu.az/