Moskva şəhərində yerləşən Şərq Muzeyində 5 fevral-1 mart tarixləri aralığında “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi keçiriləcək.
Bu barədə Moskva meriyasının saytında məlumat verilib.
Ekspozisiya mühüm tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyini izah edəcək.
Sərgidə 40 eksponat nümayiş olunacaq.
Bunların içərisində Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasında olan 1920-1970-ci illərin xalçaları, “Marcani” fondunun (Moskva) təqdim etdiyi plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından yığılmış inqilabi dövrün tikmə və eskizləri sərgiyə gələnlərin ixtiyarına veriləcək.