Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ölümcül Çin virusuna görə ÜST fövqəladə toplantı çağırdı

Çin ərazisində yayılmağa başlayan və insandan insana keçdiyi təsdiqlənən yeni koronavirus Rusiya əhalisi üçün bioloji təhdid təşkil edir. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiyanın səhiyyə nazirinin müavini Sergey Kraevoy çıxış edib.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, Dövlət Dumasında çıxış edən nazir müavini bildirib ki, Çində koronavirusun səbəb olduğu infeksiya ölkə əhalisinin məruz qala biləcəyi bioloji təhlükəyə misaldır.

Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç isə “İnterfaks”a bildirib ki, təşkilat Çində yayılan yeni virusu donuz qripi, Ebola qızdırması və poliomielitin yaratdığı təhlükə ilə müqayisə edir. Onun sözlərinə görə, sabah yanvarın 22-də ÜST-nin xüsusi komitəsi həmin virusla bağlı fövqəladə toplantı keçirəcək. Toplantıda virusla bağlı dünya miqyaslı fövqəladə situasiya elan edib-etməmək məsələsi müzakirə olunacaq. Habelə yaranmış vəziyyətdə görüləcək tədbirlər nəzərdən keçiriləcək.

ÜST fəaliyyət göstərdiyi vaxtda indiyədək cəmi beş dəfə dünya miqyaslı fövqəladə situasiya elan edib: 2009-cu ildə donuz qripinə və poliomelitə görə, 2016-cı ildə Zika virusuna görə, 2014 və 2019-cu illərdə Afrikada Ebola qızdırmasına görə.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Çində yayılan və ikitərəfli sətəlcəmlə müşaiyət olunan ölümcül virusun Azərbaycanda qeydə alınmadığına əhalini əmin edir. Lakin ötən ilin son günlərindən başlayaraq xəstəxanalara virus mənşəli pnevmoniya ilə xəstələrin daxil olması, ölüm halları barədə xəbərlər gəlir. Dövlət Gömrük Komitəsi bildirir ki, Çində yayılan virusa görə ölkənin sərhəd-keçid məntəqələrində xüsusi rejim tətbiq ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 357 21.01.20 21:50