Azərbaycanda pensiyaçıların sayı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |    

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

2020-ci ilin əvvəlinə ölkədə ilkin məlumatlara görə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80 faizini təşkil edir.
Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında aparılmış hesablamalara görə ölkədə minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti üzrə beynəlxalq dollarla qiymətləndirilmiş məbləği MDB məkanında ən yüksək göstəricidir.

İlkin məlumatlara əsasən 2020-ci ilin əvvəlinə 400,4 min nəfər sosial müavinət, 295,7 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almışdır. 2019-cu il ərzində birdəfəlik müavinət alanlarıскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 258 21.01.20 19:36