Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə... » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda nişanlı qız intihar etdi: Bacısının həyat yoldaşının telefonu ilə...
Dünən İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. Onun nişanlı olduğu bildirilir.

Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Otuziki kənd məktəbinin direktoru Balanisə Quliyeva mərhumun 11-ci sinif şagirdi olduğunu bildirib:

“Ailədə beş qız, bir oğlan övladları var. Sakit, ağıllı, tərbiyəli şagirdlərdən olub. Onun nişanlı olduğunu biz heç bilmirdik. Vəfat edəndən sonra bilmişik ki, xalası oğlu ilə nişanlı olub. Niyə intihar etdiyi bilinmir. Hadisə baş verən gün bacısıgilə gedib. Bacısının həyat yoldaşının telefonu ilə kiməsə zəng edib danışıb. Sonra evlərinə gedərək hamamda özünü trosla asıb.

Prokuorluqda cinayət işi açılıb, araşdırma aparılır”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          575 21.01.20 14:53