Sevgiyanın anası Xoşqədəmin verilişinə çıxdı: "Qızım pis qızlar qrupuna düşüb" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |    

Sevgiyanın anası Xoşqədəmin verilişinə çıxdı: "Qızım pis qızlar qrupuna düşüb" - VİDEO

Cinsi oriyentasiyasına görə zorla Azərbaycana gətirilən Rusiya vətəndaşı Sevgiya İsmayılova ötən həftə ən çox müzakirə olunan mövzulardan biri idi.

Qızını ev dustağı edən ana Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına gələrək qızının gələcək talehi üçün narahat olduğunu bildirib:

"Dekabrın 26-da qızım mənə o qız haqqında deyəndə başa düşdüm ki, pis qızlar qrupuna düşüb. İçki içirlər, siqaret çəkirlər... Mən həmişə onunla olmuşam, bir yerdə yaşamışam. Rusiyada təkəm. Özünü o qədər gözəl, tərbiyəli aparırdı ki, ona qarşı məndə heç bir şübhə yaranmamışdı. 18 yaşı tamam olandan sonra birdən dəyişdi.

O mühitdən uzaqlaşdırmaq üçün Azərbaycana gətirdim. Gəlmək istəmirdi, hətta pəncərəyə çıxıb özünü atmaq istədi. Mən ağladım-yalvardım, sonra razılaşdı. Düşündüm ki, Azərbaycan xalqı mənə kömək edər. Bura gələndən sonra o qızlarla yazışdı, yenə də bildiyini etdi. Qızım dərmanlar içirdi, deyirdi ki, depressiyaya düşmüşəm. Bütün Azərbaycan xalqından, analardan kömək istəyirəm".

Xatırladaq ki, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən almışdı. Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetinin tələbəsidir.

S. İsmayılova Bakıya gətirildikdən bir neçə gün sonra anası tərəfindən evdə dustaq edilmişdi. O, anasını aldadaraq qaça bilmişdi. Qaçdıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edən qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirildi. Daha sonra isə anasının əlindən aldığı sənədləri özünə qaytarıldı və BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilərək Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.
/Baku.ws/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 005 21.01.20 14:29