Binəqədi İcra Hakimiyyətinin maşını piyadanı vurub öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Binəqədi İcra Hakimiyyətinin maşını piyadanı vurub öldürdü
Bakıda yük maşını piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi “KamAz” markalı, 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          564 21.01.20 13:30