Dəmir yolundan oğurluq edən saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Dəmir yolundan oğurluq edən saxlanıldı - FOTO

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata görə, ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı H.Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 032 21.01.20 12:12