Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub - FOTO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yanvarın 20-də NATO-nun mənzil-qərargahında olub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən bildiriblər ki, Hikmət Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb və müttəfiq dövlətlərin 29+1 formatında keçirilən iclasında iştirak edib.

Görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, alyansın əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib.

20 Yanvar faciəsinin 30-cu ildönümümə təsadüf edən görüş və iclasda Prezidentin köməkçisi Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında da danışıb. NATO rəsmiləri və üzv dövlətlərin təmsilçiləri Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 447 20.01.20 22:18