Ucarda bir ailənin 3 üzvü qəzaya düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ucarda bir ailənin 3 üzvü qəzaya düşüb
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
“Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          634 20.01.20 18:50