Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var
Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.

Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21099”un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          739 20.01.20 12:56