Dövlət Komitəsinin əməkdaşları uşaq evində zorakılığa məruz qalan uşağa baş çəkib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |    

Dövlət Komitəsinin əməkdaşları uşaq evində zorakılığa məruz qalan uşağa baş çəkib

Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində baş vermiş zorakılıq hadisəsiylə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə baş çəkərək uşağın psixoloji vəziyyətini öyrənib və uşağa lazımi yardım göstərilib.

Komitədən verilən məlumata görə, səfər zamanı Komitə əməkdaşları uşaqların saxlanılması şəraiti ilə də tanış olublar.

Məsələ Komitənin nəzarətinə götürülüb. Hadisə ilə bağlı növbəti tədbirlər aidiyyatı qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Məlumat üçün qeyd edirik ki, bu hadisə keçən ilin dekabr ayında baş verib. Uşağa qarşı törətdiyi əmələ və yol verdiyi digər nöqsanlara görə müəllimə Elnurə Qüdrət qızı Məmmədova işdən azad olunub.

Ölkədə uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılmışdır. “Uşaq hüquqlarının həyata keçirilməsinə dair dövlət nəzarəti qaydası”-nın tələblərindən irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adiyyatı qurumlarla birgə dövlət uşaq müəssisələrində monitorinqlər həyata keçirilir. Dövlət uşaq müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır. Nəticələr araşdırılaraq Hesabat şəklində Nazirlər Kabinetinə təqdim olunur. Həmin sənəddə adiyyatı üzrə çətinliklər və ondan çıxış yolları ilə bağlı təkliflər də öz əksini tapır.

Dövlət Komitəsi bir daha bəyan edir ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 18.01.20 21:50