İrandan dəvə ilə səyahətə çıxan turist doqquz ay sonra Gəncəyə çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |    

İrandan dəvə ilə səyahətə çıxan turist doqquz ay sonra Gəncəyə çatdı

Doqquz ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

APA xəbər verir ki, dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir.

O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turist ötən gün Gəncə şəhərində olub.

Məhəmməd Əmiri Rudan açıqlamasında Gəncənin tarixi haqqında çox eşitdiyini, lakin bu şəhəri heç vaxt görmədiyini deyib:

“Mən artıq haqqında çox eşitdiyin Gəncə şəhərindəyəm. Burada dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəm və şəhərin bir çox yerlərini gəzəcəm”.

Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb:

“Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir. Avropa səyahətindən sonra isə o, Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də gedəcəyini açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 18.01.20 19:59