Bakıda tərbiyəçi uşaq evində azyaşlını döydü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |    

Bakıda tərbiyəçi uşaq evində azyaşlını döydü - VİDEO

Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır.

Məsələ ilə bağlı Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq evi ilə əlaqə saxladıq.


Direktor Sevda Hacıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən ilin dekabrın 29-da baş verib:

“Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova Elnurə Qüdrət qızı vəzifəsindən azad edildi.

O, uşağa qarşı bu cür hərəkəti edib, cəzasını da alıb. Mən 20 ildir direktor işləyirəm və hər zaman da demişəm ki, bir adam uşağa əl qaldıra bilməz. Heç kimin səlahiyyəti yoxdur ki, ona əl qaldırsın.

Müəllim uşağı vura bilməz, ancaq tərbiyə verə bilər. 20 ildir mən ancaq o sözü deyirəm. Öz səhvi ucbatından başına iş açdı. Çox yaxşı müəllim idi, fəxri fərmanları da var idi”.

Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən də açıqlama verilib.

Bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür:

“Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub”.

Tərbiyəçinin uşağı döyməsi barədə görüntüləri təqdim edirik:


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 650 18.01.20 19:36