Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Bizim Market”dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO

16.01.2020 19:30 3 988
“Bizim Market”dən 12 ton saxta kərə yağı ilə bağlı AÇIQLAMA - YENİLƏNİB+FOTO
“Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyət satışdan çıxarılan saxta kərə yağları ilə bağlı açıqlama yayıb.

Şirkətdən Oxu.Az-a bildirilib ki, sözügedən hadisə ilə bağlı “Bizim Market” də aldadılıb:

“Bizim Market” MMC qeyd olunan yağı rəsmi qaydada “SN Qida Təhcizat” MMC-dən alıb və buna görə istehsalçı “Bizim Market”ə AQTA-nın sertifikatını təqdim edib.

Araşdırmalar zamanı məlum olub ki, “SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb. Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin.

Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın. Buna görə “Bizim Market” MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təhcizatçıya ödəniş edib”.

***

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

AQTA-dan bildirilib ki, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb.

Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.

“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.

Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim Market" şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.

Son xəbərlər