2019-cu ildə sahibkarlara doqquz milyon manat məbləğində ixrac təşviqi geri ödənilib.
Bunu “AZPROMO”nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Y.Abdullayev onu da əlavə edib ki, ötən il 11 “Made in Azerbaijan” vahid beynəlxalq sərgisi, doqquz ixrac missiyası həyata keçirilib.
/oxu.az/