Bərpa olunmaq üçün Avstraliyaya 100 il lazımdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bərpa olunmaq üçün Avstraliyaya 100 il lazımdır

Avstraliyanın yanğınlardan əvvəlki vəziyyətinə qayıtması üçün ölkəyə 100 il lazımdır. Median.Az xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazıb.

NASA-nın məlumatına görə, yanğınların tüstüsü Yer kürəsi ətrafında azı bir dəfə tam dövriyyə edəcək ki, bu da bütün dünyada atmosfer şəraitinə təsir göstərəcək.

Bildirilir ki, Yeni Zelandiyada səmanın rəngi kəskin dəyişib. Nəticədə havanın keyfiyyəti ilə bağlı ciddi problemlər yaranıb.

Daha əvvəl bildirilib ki, Yeni Cənubi Uels ştatında yanğınsöndürənlər Mavi dağların zirvələrindən birində iri yanma ocaqlarından birini lokallaşdıra biliblər. Yanğınsöndürənlər havanın temperaturunun aşağı düşməsi və yağış yağması sayəsində vəziyyəti nəzarətə götürə biliblər.

Avstraliyanın iri “Westpac” bankının hesablamalarına görə, meşə yanğınları ölkəyə 3,5 milyard dollar ziyan vurub.

Ölkənin hakimiyyət orqanları meşə yanğınlarından zərər çəkənlərə 58 milyon Avstraliya dolları yardım ayırmaq niyyətindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 105 15.01.20 22:24