Mojo.az Banner
19:24 Taryel Qasımov saxlanıldı  |     19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |     18:59 Bakıda bu avtobusda qiymət 65 qəpik oldu  |     18:53 Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü  |     18:48 Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ  |     18:40 Daha bir tarixi seriala çəkiləcək  |     18:35 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı  |     18:27 Azərbaycanda 5 şirkət ləğv olunur  |     18:21 Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı  |     18:17 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - VİDEO  |     18:05 Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     17:58 Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"  |     17:39 Bakıda avtomobil mühərrikləri oğurlandı - Saxlanılan var  |     17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycan dünyanın ən yaxşı dövlətləri reytinqində mövqeyini yaxşılaşdırdı

15.01.2020 16:35 3 019
Azərbaycan dünyanın ən yaxşı dövlətləri reytinqində mövqeyini yaxşılaşdırdı
ABŞ-ın “U.S. News World Report” jurnalının hazırladığı “Best Countries 2020” ən yaxşı ölkələr reytinqində Azərbaycan doqquz pillə irəliləyərək, 70-ci pillədən 61-ci pilləyə yüksəlib.

2019-cu ildən fərqli olaraq (80 ölkə - red.) dərc olunan siyahıya 73 ölkə daxil edilib.

“Usnews.com” məlumat verir ki, əvvəlki araşdırmalarda olduğu kimi, siyahıda ilk yeri İsveçrə tutur, son pillədə isə Livan qərarlaşıb. Bütövlükdə postsovet məkanına gəlincə, siyahıda Rusiya – 23, Estoniya – 55, Litva – 59, Latviya – 62, Ukrayna - 68, Belarus isə 70-ci yerdə qərarlaşıb.

Nəticələr “U.S. News World Report”, “BAV Consulting” şirkəti və Pensilvaniya ştatının Universiteti əməkdaşlarının dünyanın müxtəlif ölkələrindən olan 20 min insan arasında keçirdiyi rəy sorğusuna əsasən qiymətləndirilib.

Siyahının tərtibatçıları bu və ya digər ölkəni 65 sahədəki nəticələrinə uyğun olaraq qiymətləndiriblər.

Ümumi reytinqə doqquz kateqoriya daxildir, onlardan hər birinə əsasən ayrıca reytinq tərtib olunub.

Nadir istisnalar olmaqla, demək olar ki, bütün kateqoriyalar üzrə Azərbaycanın mövqeyində yüksəliş qeydə alınıb.скачать dle 11.3
Mojo.az Banner