Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Başqasının cinayətinə görə 30 il həbsdə yatdı

15.01.2020 11:35 4 120
Başqasının cinayətinə görə 30 il həbsdə yatdı
ABŞ-da başqasının cinayətinə görə 30 il həbsxanada yatmış təqsirsiz şəxsə bəraət verilib.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Yanvarın 13-də məhkəmə 1991-ci ildə verilən hökmü ləğv edib və 62 yaşlı məhkum Serri Toması azadlığa buraxıb.

1987-ci ildə Miçiqan ştatının Detroit şəhər sakini ərzaq dükanı yaxınlığında öz maşınında hücuma məruz qaldığı barədə polisə şikayət edib. İki il sonra zərərçəkən şəxs Toması görüb və hüquq-mühafizəçilərə həmin hücumçunun o olduğunu bildirib.

Polisin kifayət qədər maddi sübutları və şahid ifadələri olmasa da, hücum və qətl cəhdinə görə Tomas 50 il həbs cəzasına məhkum edilib.

Qeyri-qanuni məhkum edilmiş şəxslərin hüququnun müdafiəsi ilə məşğul olan “The Innocence Project” qeyri-kommersiya təşkilatının nümayəndələri 2010-cu ildə bu işi araşdırmağa başlayıblar.

Hüquq müdafiəçiləri digər sübutlarla yanaşı, müəyyən ediblər ki, zərərçəkən yığcam “Ford Escort” markalı avtomobili idarə edib. 1987-ci ildə cinayət törədildiyi zaman Tomas 190 santimetr boyunda, 115 kiloqram çəkidə olub. Nəticə etibarilə, o, maşına asanlıqla girib cinayət törədə bilməzdi.

Zərərçəkən artıq vəfat etdiyindən işə yenidən baxmaq və əsl cinayətkarı tapmaq mümkün deyil.

Tomas evinə, ailəsinə qayıda biləcəyi üçün çox sevinib və hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.

Hüquq müdafiəçilərin sözlərinə görə, polis hərtərəfli araşdırma aparsaydı, Tomas heç vaxt həbs olunmazdı.

Son xəbərlər