Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdən Bakıya piyada gəlir - FOTO

14.01.2020 22:48 3 235
Şəmkirdən Bakıya piyada gəlir - FOTO
Şəmkir sakini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək üçün piyada Bakıya yola düşüb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Səyyar Musayev Şəmkir rayonundan paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb. 35 yaşlı rayon sakini 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür.

O, artıq yolun bir hissəsini arxada qoyaraq Yevlax rayonuna çatıb. S.Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib.

Son xəbərlər