Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT » Median.Az - Bütün xəbərlər bir ünvanda


Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı - YENİ TƏYİNAT
Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          572 14.01.20 17:08