Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

“15 mərtəbəli binanın 17-ci mərtəbəsi” - Dövlət Komitəsi tikintini dayandırdı

14.01.2020 16:21 2 830
“15 mərtəbəli binanın 17-ci mərtəbəsi” - Dövlət Komitəsi tikintini dayandırdı
Belə yerdə o məşhur roman yada düşür, "5 mərtəbəli evin 6-cı mərtəbəsi". Amma bu, nə roman deyil, nə də əsər, bu, paytaxt Bakının Günəşli qəsəbəsində yerləşən binadır, 15 mərtəbli binanın 17-ci mərtəbəsi.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Hazırda həmin o 15 mərtəbəyə əlavə edilən 2 mərtəbənin tikinti prosesi davam edir. Görünür, şirkət sahibi illər öncə istifadəyə verilən binaya növbəti 2 mərtəbə əlavə etmək qərarına gəlib. Amma hələ ki, həmin o 2 mərtəbə binanın yalnız müəyyən bir hissəsinə əlavə edilir.

Sakin: "Mən 15-ci mərtəbədə yaşayıram. Tikintiyə görə divar kağızlarımız qopur, tökülür, tavan zədələnib, döşəmə yararsız vəziyyətə düşüb".

"Badu Kube" MMC tərəfindən inşa olunan binanın təməli 2005-ci ildən qoyulub. 5-6 il öncə sakinlərin istifadəsinə verilib. Bu yaxında isə "Arko" MMC adlı başqa bir şirkət yaşayış olan 15 mərtəbəli binaya əlavə 2 mərtəbə artırmağa başlayıb.

Asif Əsədullazadə - Tikinti şirkətinin nümayəndəsi: "Sadəcə, bu podratçı təşkilat onu 12 mərtəbədə saxladı, sonradan 15-i tamamladı. Vəsait olmadığına görə, qaldı yarımçıq".

Deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün binanın layihə sənədlərinə baxmaq istədik. Tikinti şirkətinin digər nümayəndəsi sənədi göstərmədi və otağın qapısını üzümüzə bağladı.

Ekpertlərin sözlərinə görə, belə bir tikintinin aparılması yolverilməzdir. Lap layihədə nəzərdə tutulsa belə, artıq istismara verilmiş, yaşayış gedən binada tikinti aparmaq olmaz.

Şirin Şərifov - Ekspert: "Bunun konstruksiyası neçə mərtəbəyə icazə verirsə, ondan artıq tikmək qəti qadağandır. Yəni yolverilməzdir. İnsanlar yaşayırsa, artıq istismara verilibsə, orada, ümumiyyətlə, tikinti aparılması düzgün deyil".

Artıq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılıb və binada tikinti işlərinin dayandırılmasına qərar verilib.

Son xəbərlər