Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb |
Mojo.az Avto
Mojo.az Avto

“Neftçi”nin futbolçusu pasportunu itirdiyi üçün Türkiyəyə gedə bilmədi

14.01.2020 12:12 5 072
“Neftçi”nin futbolçusu pasportunu itirdiyi üçün Türkiyəyə gedə bilmədi
Yanvarın 11-dən Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” iki legioneri olmadan hazırlıq keçir.

Bunlar hücumameyilli cinah oyunçuları – braziliyalı Dario Frederiko da Silva ilə fransalı Stiven Jozef-Monrozdur.

Hər iki futbolçunun düşərgəyə hələ də qoşulmayıb. Məsələyə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev aydınlıq gətirib:

“Darionun meneceri onun İsraildən təklifinin olduğunu bildirib. Bu üzdən o, komanda ilə Türkiyəyə getməyərək Bakıda qalıb. Məşqçilər heyəti buna razılıq verib. Hazırda onun İsrail klubuna icarəsi nəzərdə tutulub (onun “Neftçi” ilə müqaviləsi 2021-ci ilin yayınadəkdir – S.M.). Bu yöndə icarə müqaviləsi hazırlanır. Menecerinə vaxt verilib. Bəlli müddətdə bu məsələ həll olunmasa, Dario komandaya qoşulacaq.

Jozef-Monroz isə istirahətdə olduğu müddətdə pasportunu itirib. Yeni pasport almaq üçün sənədlərini gec verib. Bu səbəbdən düşərgəyə qoşula bilməyib. Amma artıq məlumatımız var ki, pasportunu götürüb sabah axşam Antalyaya gələcək”.

Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsi dövründə İbrahim Əliyev, Mirabdulla Abbasov kimi yetirmələrini heyətinə qaytarıb, Dario Frederiko da Silvanın yerinə cənubi azərbaycanlı Saman Nəriman Cahanı transfer edib. Həmçinin, hücumçu Rauf Əliyevlə müqaviləyə birtərəfli, ukraynalı mərkəz müdafiəçisi Kirill Petrovla isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qardaş ölkədəki hazırlıq prosesində üç yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i Polşanın LKS, 20-si Ukraynanın “Dinamo” və 24-də “Desna” klubları ilə üz-üzə gələcək.
/oxu.az/

Son xəbərlər