Vaqif Əsədovdan sərəncama alınması xəbərinə REAKSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Vaqif Əsədovdan sərəncama alınması xəbərinə REAKSİYA

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

V.Əsədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:

“Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı, doğrudan da, kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun.

Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm.

Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?”

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 958 14.01.20 11:48