Sığortalanmayan evlərə görə cərimə olmayacaq - ŞAD XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Sığortalanmayan evlərə görə cərimə olmayacaq - ŞAD XƏBƏR

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallara aydınlıq gətirib.

"İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən R.Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

"Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.

Məsələyə münasibət bildirən iqitisadçı Samir Əliyev Modern.az-a deyib ki, Rəşad Əhmədovun bu açıqlaması ilə icbari sığorta məsələsinə xeyli aydınlıq gətirilib:

"İcbari Sığorta Bürosunun (İSB) rəhbərinin açıqlaması ajiotaja bir müddət nöqtə qoydu. Söhbət ondan gedir ki, dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən (DƏK) alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca, DƏK qeydiyyatlı evərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də Nazirlər Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə tədiq edilmiş "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər”.

S.Əliyev qeyd edib ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir.

"Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”, - deyə iqtisadçı bildirib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 561 13.01.20 18:14