Arvadını öldürdü, baldızını doğradı - MƏHKƏMƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Arvadını öldürdü, baldızını doğradı - MƏHKƏMƏ

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Samiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 14-nə təyin edilib.

İttihama görə, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Ruhəngiz Mahmudova həyat yoldaşı, İmişli rayon sakini Samiq Quliyev tərəfindən bıçaqlanıb.

Hadisə zamanı Ruhəngiz Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha sonra Samiq Quliyev baldızı, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Roza Mahmudovaya beş bıçaq zərbəsi vurub. Hadisəni törədən Samiq Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb.

Ruhəngiz Mahmudova çoxlu qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Roza Mahmudovaya göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Rühəngiz Mahmudova həyat yoldaşı Samiq Quliyevdən boşanmaq istəyib. Buna qarşı çıxan Samiq Quliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı onların işinə Roza Mahmudova da müdaxilə edib. Sonda Samiq Quliyev bıçağa əl atıb və sonda qanlı olay baş verib.

İstintaq orqanı tərəfindən Samiq Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələri ilə ittiham olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 467 11.01.20 17:18