Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |    

Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi

Mərsin şirəsinin uzun müddətli istifadəsi yüksək qan təzyiqini azaldır və damarların funksiyasını yaxşılaşdırır.

“Medicalxpress” nəşrinin məlumatına əsasən, belə bir nəticəyə Helsinki Universitetinin tədqiqatçıları apardıqları eksperimental araşdırmalar zamanı gəliblər.

Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.

Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.

Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 961 11.01.20 13:56