Trampın impiçmentinə dair sənədlər Senata ötürülür – Tarix açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Trampın impiçmentinə dair sənədlər Senata ötürülür – Tarix açıqlandı

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın impiçmenti ilə bağlı materialları Senata gələn həftə yollayacağını bildirib.

Bu barədə Pelosinin Demokratlara ünvanladığı məktubda deyilir.

Spiker qeyd edir ki, Senatın Hüquq komitəsinin rəhbəri Cerri Nadlerdən materialların Senata verilməsi haqqında qətnaməni müzakirəyə çıxarmağa hazır olmasını xahiş edib.

Bunun gələn cümə günü baş verəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ilin dekarın 19-da Nümayəndələr Palatası impiçment proseduru çərçivəsində Trampın barəsində ittiham rəyini təsdiq edib.

ABŞ prezidenti rəsmi olaraq impiçment çərçivəsində iki maddə üzrə ittiham edilib: hakimiyyətdən sui-istifadə etmək və Konqresin işinə mane olmaq.

Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 915 11.01.20 13:50