“Horizon 2020” saytından yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb — XİN » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |    

“Horizon 2020” saytından yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb — XİN

Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bununla əlaqədar olaraq Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin "Horizon 2020" proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.
Qeyd etmək istərdik ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 100 10.01.20 21:38