Bakıda Sultan Süleymanın fərmanı tapılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda Sultan Süleymanın fərmanı tapılıb - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib.

İnstitutdan azvision.az-a verilən məlumata görə, hibənamə hicri 975-ci (miladi 1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30x180 santimetrdir.

Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atıblar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 162 10.01.20 21:19