Bakıda atasına beş bıçaq zərbəsi vuran şəxsin məhkəməsi başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bakıda atasına beş bıçaq zərbəsi vuran şəxsin məhkəməsi başladı

Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.

Hadisə ötən ilin iyul ayında paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20a, mənzil 7-də yaşayan atası 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına beş bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

C.Haqverdiyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 10.01.20 17:07