Hindistanlı gənclərdən Şəhidlər Xiyabanına hörmətsizlik - VİDEO
Azərbaycana səfərə gələn bir qrup hindistanlı Şəhidlər Xiyabanında klip çəkdirib.
Onlar musiqi sədaları altında rəqs edərək və əylənərək Şəhidlər Xiyabanından keçiblər.
Klip insanların narazılığına səbəb olub.
Millət vəkili Aydın Mirzəzadə də bildirib ki. xaricilərin belə hərəkəti yolverilməzdir:
“Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir.
Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılmalı, dərhal ölkəmizdən depot edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır.
Eyni zamanda, Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!