“Azərişıq”da mənimsəmə olub? - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |    

“Azərişıq”da mənimsəmə olub? - RƏSMİ AÇIQLAMA

“Azərişıq” ASC son günlər bəzi kütləvi informasiya vasitəslərində və sosial şəbəkələrdə “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayevin şəhərin “Yeni Köçkün” qəsəbəsindəki generatoru ələ keçirməsi barədə məsələyə aydınlıq gətirib.

ASC-nin Mətbuat Xidmətinin yaydığı məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Məlumatda qeyd edilib ki, Mingəçevir şəhəri ərazisində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş çoxmərtəbəli yeni yaşayış məhəlləsinin elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdığından, məhəllədəki üç ədəd dizel generatoru rəsmi olaraq Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından “Azərişıq” ASC-nin balansına verilib.

Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmayıb və bu səbəbdən generatordan biri ərazidən götürülüb.

“Azərişıq” ASC fəaliyyətində şəffaflığı prioritet seçərək hər zaman ictimaiyyətə açıq olduğundan, KİV-lərdən həqiqətə uyğun olmayan və “Azərişıq” ASC-nin işgüzar nüfuzuna kölgə salan bu kimi xəbərləri tirajlamazdan əvvəl ASC-nin mətbuat xidmətinə müaricət edərək müvafiq dəqiqləşmələr aparılması xahiş olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 10.01.20 13:30