Əhaliyə şad xəbər: İcbari tibbi sığorta haqqı ilk üç ay maaşdan tutulmayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |    

Əhaliyə şad xəbər: İcbari tibbi sığorta haqqı ilk üç ay maaşdan tutulmayacaq

İcbari tibbi sığortadan artıq şimal-qərb bölgəsinin də sakinləri istifadə etməyə başlayıb.

Oğuz, Ağsu və Qobustan rayonlarının Mərkəzi Xəstəxanasında xidmətin elektronlaşdırılması istiqamətində işlər tamamlanıb.


Xəstəxanaya müayinəyə gələn vətəndaşlara gedəcəkləri həkimlərlə bağlı istiqamət verilir.

Vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə xidmətdən yararlana bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta haqqı ilə bağlı ilin ilk üç ayının bütün xərclərini dövlət öz üzərinə götürür. Ancaq aprelin 1-dən etibarən bütün işləyən vətəndaşlardan icbari tibbi sığorta haqları tutulacaq.

Agentliyin təqdim etdiyi xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmət daxildir. Ancaq bəzi istisna əməliyyatlar da var. Məsələn, estetik və kosmetik əməliyyatlar bu xidmətlər zərfinə daxil deyil.

Qeyd edək ki, icbari tibbi sığorta haqları rəsmi şəkildə maaş alan, vergi ödəyən müəssisə və işçilərdən tutulur. İşsiz və ya müvəqqəti iş yeri olmayan şəxs kimi qeydiyyata alınanlar isə heç bir vergi ödəmədən bu xidmətlərdən yararlana biləcəklər. 2020-ci ilin sonuna kimi icbari tibbi sığortanın ölkənin bütün ərazisini əhatə etməsi nəzərdə tutulub./oxu.az/



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 266 10.01.20 13:01