Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək.

Median.Az
xəbər verir ki, Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Türkiyə Gənclər Fondunun (Türkiye Gençlik Vakfı - TÜGVA) baş direktoru Enes Eminoğlu arasında görüş keçirilib.

7 yanvar 2020-ci il tarixində İstanbul şəhərində keçirilən görüş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, o cümlədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilib, Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilib.

Görüş əsnasında iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılmış, xüsusilə tələbələrin dəstəklənməsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili və digər sahələrdə birgə layihələrin işlənib-hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinib.

Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda "Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Səfər zamanı həmçinin Türkiyə Gənclər Fondunun tələbə gənclər yataqxanaları ziyarət edilmiş, burada tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 024 09.01.20 23:00