Vahid Ələkbərovun zavodunda partlayış - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Vahid Ələkbərovun zavodunda partlayış - VİDEO

Rusiyanın Uxta şəhərində neft emalı zavodunda partlayış olub və yanğın başlayıb. Şahidlərin sözlərinə görə, partlayışın təsiri ilə şəhərdəki yaşayış evlərinin pəncərələri qırılıb.

Bu barədə “Mash” nəşri məlumat yayıb.

Partlayış yerli vaxtla saat 16:45-də baş verib. Yanğın ərazisi 1000 kvm-dən çoxdur. İlkin məlumata görə, partlayış dizel yanacağının emalı üzrə təsisatda texnoloji prosesin pozulması nəticəsində baş verib.

Hələlik ölənlər və yaralananlar haqqında dəqiq məlumat verilmir.

Hazırda 78 nəfər canlı qüvvə və 18 texnika yanğının söndürülməsi ilə məşğul olur.

Qeyd edək ki, Uxta neft emalı zavodu 1933-cü ildə təsis edilib. 1999-cu ildən bu zavod Vahid Ələkbərovun rəhbəri olduğu LUKOIL neft şirkətinə aiddir. Zavodun gücü ildə təxminən 4 milyon ton neft təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            930 09.01.20 22:20