Bakıda silsilə oğurluq edən narkotacir kameralara düşdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda silsilə oğurluq edən narkotacir kameralara düşdü - VİDEO

Binəqədidə marketlərdən oğurluq edən narkotacir saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olub.


Keçirilən tədbir zamanı həmin şəxs - qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətindəki yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1,51 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun başqa cinayətlər törətdiyi də müəyyənləşib. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində bir evdən və yeddi marketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub.

H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 757 09.01.20 19:26