Tramp: "Ötən gecəki hücum zamanı zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |     19:02 Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək  |    

Tramp: "Ötən gecəki hücum zamanı zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib"

“ABŞ-ın prezidenti olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”.

Median.Az
-ın məlumatına görə, prezident Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində belə deyib.

Bildirib ki, İranın ötən gecəki hücumunda görülən təhlükəsizlik tədbirləri və sistemlərin çox yaxşı işləməsi səbəbindən zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib: “Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            972 08.01.20 21:50