Nərminin ölümündə şübhəli olan əmi və əmioğlunun bir-birinə zidd ifadələri - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Nərminin ölümündə şübhəli olan əmi və əmioğlunun bir-birinə zidd ifadələri - VİDEO

Yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümündə əsas şübhəlilər əmisi Lətif və əmisi oğlu Qorxmazdır. Çünki Nərmini sonuncu dəfə onlar görüblər. Azyaşlı qız onların evinə gəldikdən sonra itkin düşüb. Məsələ burasındadır ki, Nərmin atasının gödəkçəsini götürmək üçün gəldiyi əmisi evinə girərkən hamı görüb, lakin çıxarkən görən olmayıb.

Ötən ilin 21 2019-cu ildə itkin düşən Nərminin axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.

Nərminin əmisi Lətifin və əmisi oğlu Qorxmaz, eləcə də Lətifin azyaşlı oğlu Ayxan sualları cavablandırarkən fərqli vaxtlarda fərqli cavablar veriblər. Həmçinin, birinin dediyi söz digərinin söylədiklərilə üst-üstə düşməyib.

Belə ki, Lətif kişi Nərminin həyətdən çölə çıxdığını qardaşı oğlu Qorxmazın pəncərədən baxaraq gördüyünü deyib. Lakin Qorxmaz yataqdan qalxmadığını və pəncərədən baxmadığını bildirib. Lətifin oğlu Ayxanın da Nərmini çıxarkən gördüyünü desə də, azyaşlı atasının bu sözünü təsdiqləməyib. O, Nərminin gödəkçəni içinə qoymaq üçün ondan istədiyi salafan paket üçün evə girdiyini, çölə çıxarkən Nərmini həyətdə görmədiyini deyir.

Bununla da, adıçəkilən hər üçünün ifadələri onlara qarşı şübhələri daha da artırır.

Onu da qeyd edək ki, Nərminin ana nənəsi Minayə xanım ilk gündən Lətifdən şübhələndiyini gizlətməyib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.

Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.

Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
/Baku.ws/

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 898 08.01.20 17:52