Azərbaycan ötən il ixracı artırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan ötən il ixracı artırıb
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.

İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.

Azərbaycanın ixrac etdiyi məhsulların məbləğinə görə ilk beşliyi:



Məhsulun adıYanvar-noyabr 2019-cu ilYanvar-noyabr 2018-cu il
miqdarməbləğ (min $)miqdarməbləğ (min $)
Neft, ton29 129 959,8114 006 510,5027 143 456.1014 621 241.23
Təbii qaz, min kubmetr10 464 906,732 078 693,836 450 694,351 256 132,50
Meyvə və tərəvəz, ton563 169,47541 926,21549 369,51495 060,85
Neft məhsulları, ton849 199,17401 992,06933 636,15481 039,79
Plastik kütlə və plastik kütlədən məmulatlar, ton232 359,28168 090,69150 300,58110 267,23

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          578 03.01.20 20:01