Aygün Kazımova və Filipp Kirkorovdan möhtəşəm “Azərbaycan” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Aygün Kazımova və Filipp Kirkorovdan möhtəşəm “Azərbaycan” - VİDEO

Xalq artisti Aygün Kazımova və Rusiyanın pop kralı Filipp Kirkorov duetlərinin ekran işini təqdim ediblər.

İkili musiqisi Alişer, sözləri isə Oleq Vladiyə məxsus olan “Azərbaycan” adlı bəstəyə ekran həyatı veriblər.

Görüntülər Filipp Kirkorovun 30-31 oktyabrda “Əhvalın rəngi göydür” adlı solo konsertdə lentə alınıb. Sözügedən bəstə Aygün Kazımova ilə duet şəklində ilk dəfə məhz pop kralın konsertində səslənib.

“Azərbaycan” adlı ekran işi Dünya Azərbaycanlılarının Həmrəylik Günündə, yəni 31 dekabrda saat 22:00-da Aygün Kazımovanın rəsmi “Youtube” kanalında yayımlayıb.

Qeyd edək ki, bu Filipp Kirkorovun Aygün Kazımova ilə duet şəklində oxuduğu sayca ikinci bəstədir. Bundan öncə onlar illər öncə Moskvanın Kreml sarayında və 2019-cu ildə keçirilən yayın əsas hadisəsi “Jara” beynəlxalq musiqi festivalında “Calma” adlı mahnılarını səsləndiriblər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 491 01.01.20 16:48