İlham Əliyev: 2019 danışıqlar prosesində itirilmiş il oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İlham Əliyev: 2019 danışıqlar prosesində itirilmiş il oldu

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsi zamanı 2019-cu ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından itirilmiş il adlandırıb.

“Bu il münaqişənin tənzimlənməsi üçün itirilmiş il oldu. Bunun səbəbi Ermənistan tərəfinin tutarsız, ziddiyyətli və anlaşılmaz mövqeyidir”, - deyə ölkə başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Ermənistanın Baş naziri əvvəlcə Dağlıq Qarabağın guya müstəqil dövlət olduğunu və Azərbaycanın danışıqları onunla aparmalı olduğunu açıqlayıb.
“Bu danışıqlar prosesini pozmaq cəhdi idi, - nə biz, nə də həmsədrlər bununla razılaşa bilməzdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövzuda bəyanat verdilər, məndə olan məlumata görə, onlar Ermənistan rəhbərliyinə ciddi təsir ediblər”, - Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan Prezidenti əlavə edib ki, bunun ardınca Ermənistanın Baş naziri “Dağlıq Qarabağ – Ermənistandır və nöqtə” bəyanatını verib.

“Beləliklə, elə çıxır ki, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər elədirsə, o zaman biz mənim oktyabrda Soçidə “Valday” klubunda etdiyim kimi izah edə bilərik. Dağlıq Qarabağ – Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu həqiqətdir. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan rəhbərliyi bu sadə həqiqəti anlayan kimi, biz danışıqlarda irəliləyiş edə bilərik”, - deyə İlham Əliyev vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 240 30.12.19 20:48