Türkiyə XİN-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Türkiyə XİN-dən erməni terrorçunun azad edilməsinə sərt reaksiya

28 yanvar 1982-ci ildə Los-Ancelesdə Baş konsulumuz Kamal Arıkanı xain bir hücumla qətlə yetirən terrorçu Xampiq Sasunyanın şərti azadlıq tələbinin bütün təşəbbüslərimizə baxmayaraq, 27 dekabr 2019-cu il tarixində Kaliforniyada baş tutan məhkəmədə qəbul edildiyi bəlli olub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Türkiyə XİN-in bəyanatında rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib.

“Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”, - Türkiyə XİN-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 052 28.12.19 18:54