Azərbaycanda polis rəisi bıçaqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |    

Azərbaycanda polis rəisi bıçaqlandı

Tərtər Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Aslanov Elçin İslam oğlu xidməti vəzifəsini yerinə yetirərkən hücuma məruz qalıb və ağır yaralanıb.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dekabrın 26-da saat 19:00 radələrində Buruc kəndində Nəcəfovlar ailəsində münaqişə baş verib. 1973-cü il təvəllüdlü işsiz Nəcəfov Ceyhun Mürşüd oğlu içkili vəziyyətdə qardaşı Ariflə dalaşıb. Hadisə barədə polisə məlumat verilib, bununla əlaqədar Elçin Aslanov hadisə yerinə gedib.

Polis əməkdaşı hadisə yerinə Ceyhun Nəcəfov qardaşını bıçaqla vurmağa hazırlaşan zaman çatıb. Asayiş keşikçisi qəzəbli kişini zərərsizləşdirməyə çalışsa da, bu vaxt özü hücuma məruz qalıb. C.Nəcəfov polis əməkdaşına beş bıçaq zərbəsi vurub. Onlardan dördü qarın nayihəsinə vurulub, ikisi daxilə nüfuz edib.

Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 (qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs saxlanılıb və istintaq orqanlarına təhvil verilib. Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 815 27.12.19 12:19