Prezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |    

Prezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıb

Prezident İlham Əliyev “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, fərmanla “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

Eyni zamanda Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu fərmanın birinci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət adından yaradılan publik hüquqi şəxslərə

dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədləri üçün təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür.

1.3. Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin (bundan sonra – vəsaitlər) yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Vəsaitlərin publik hüquqi şəxslər üzrə bölgüsünü Azərbaycan Respublikası Prezidentinin hər ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə fərmanları ilə müəyyən edilmiş orqan (qurum) həyata keçirir.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Publik hüquqi şəxslər haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

2. Publik hüquqi şəxslərə vəsaitlərin ödənilməsi

2.1. Vəsaitlərin ödənilməsi üçün dövlət orqanının (qurumun) tabeliyində yaradılan publik hüquqi şəxslə onun tabe olduğu orqan (qurum) arasında, belə orqan (qurum) olmadıqda isə bilavasitə publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində müqavilə bağlanılır.

2.2. Vəsaitlərin ödənilməsi şərtləri bu Qaydaya uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi formaya uyğun tərtib olunur.

2.3. Müqavilədə aşağıdakı məsələlər əks etdirilir:

2.3.1. müqavilənin predmeti;

2.3.2. tərəflərin hüquq və öhdəlikləri, o cümlədən publik hüquqi şəxsin həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi;

2.3.3. publik hüquqi şəxsin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadəsi barədə hesabatlılığın forması;

2.3.4. tərəflərin məsuliyyəti və onların qarşılıqlı razılığı əsasında digər şərtlər.

2.5. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

2.6. Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına köçürülür.

2.8. Publik hüquqi şəxslərin dövlət büdcəsi hesabına müqavilə əsasında həyata keçirdikləri tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır.

2.9. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.

3. Publik hüquqi şəxslərə ödənilmiş vəsaitlərin istifadəsinə nəzarət və hesabat

3.1. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.2. Publik hüquqi şəxslər alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 163 25.12.19 22:21