Cüdo üzrə Azərbaycan çempionatı start götürüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Cüdo üzrə Azərbaycan çempionatı start götürüb

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı start götürüb.

Median.Az
xəbər verir ki, ilk yarış günündə kişilər 60 kq, 73 kq və 90 kq, qadınlar isə 48 kq, 57 kq və 70 kq çəki dərəcələri üzrə mübarizə aparıblar.
60 kq çəkidə Asəf Nəcəfov finalda Turan Bayramova qalib gələrək qızıl medal qazanıb. Bürünc medallara Kəramət Hüseynov və Rövşən Əliyev layiq görülüb.

73 kq çəkidə Telman Vəliyev həlledici görüşdə Mətin Rzazadəni yenərək qızıl medala sahib çıxıb. Paşa Əliyev və Kənan Quluzadə bürünc medalla kifayətlənib.

90 kq-da Məmmədəli Mehdiyev finalda Rüfət İsmayılov üzərində qələbə qazanaraq qızıl medalçı olub.

Bürünc medallara isə Zaur Dünyamaliyev və Aliumar Tumayev yiyələnib.

Qadınların mübarizəsinə gəlincə, 48 kq-da finalda Ramilə Əliyeva Könül Əliyevanı məğlub edərək ölkə çempionu olub. Bürünc medala Şahnaz Əsgərova sahib çıxıb.

57 kq çəkidə İçinxorlu Munxtsedev finalda Nəzakət Əzizovadan üstün olub və birinci yeri tutub. Səkinə Zayirova və Günel Bəkirzadə bürünc medalçı olub.

70 kq çəkidə Günel Həsənli finalda Aidə Baxışovanı məğlub edib. Nərgiz İbrahimova və Xədicə Rəşidova isə bürünc medal qazanıblar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 24.12.19 20:38