“Xalq artisti” fəxri adına layiq görülən Röya, Miri Yusif və Tünzalə medalla təltif olundu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Xalq artisti” fəxri adına layiq görülən Röya, Miri Yusif və Tünzalə medalla təltif olundu - VİDEO

Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının estrada ifaçıları Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayevaya “Xalq artisti” fəxri medallarını təqdim edib.


“Xalq artisti” fəxri adına layiq görülən hər üç sənətçi bir araya gələrək onlara bu sevinci bəxş edən Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər:

Miri Yusif: “Hörmətli cənab Prezident, biz sizi təbrik edirik. Ad gününüz mübarək olsun. Allah Sizi qorusun!”

Röya Ayxan: “Sizə təşəkkürümüzü bildiririk. Öz ad gününüzdə bizi bu cür təbrik edib, dəyərləndirdiniz. Çox sağ olun!”

Tünzalə Ağayeva: “Hörmətli Cənab Prezident, biz sizi çox sevirik. Sizə cansağlığı arzu edirik. Biz, müasir musiqi nümayəndələri hər zaman Azərbaycan musiqisini ən gözəl şəkildə təmsil etmişik və sizin bizə verdiyiniz bu təltifdən sonra daha da həvəslənib, bol-bol işlər görməyə çalışacağıq. Allah Sizi qorusun!”
/oxu.az/

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 121 24.12.19 16:39