PA rəsmisindən həbs edilən sabiq icra başçısının yerinə təyin edilməsi xəbərinə MÜNASİBƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

PA rəsmisindən həbs edilən sabiq icra başçısının yerinə təyin edilməsi xəbərinə MÜNASİBƏT

Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Nəsir Muxtarlı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

N.Muxtarlı Pravda.az-a eksklüziv açıqlamasında deyib ki, yazılanlar həqiqətəuyğun deyil.

O bildirib ki, PA-da vəzifəsini icra edir:

“Yazılanlar yalandır. Rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyinat Prezidentin sərəncamı ilə baş tutur. Elə bir şey ola bilərmi ki, hansısa sərəncam olmadan kimsə hansısa vəzifəyə təyin edilsin. Ona görə də bir daha bildirirəm ki, mətbuatda yayılan informasiya həqiqətə uyğun deyil. Sadəcə, kuratoram, bir günlük Ağstafada ezamiyyədə olub, vəziyyətlə maraqlanıb, qayıtmışam, vəssalam”.

Xatırladaq ki, N.Muxtarlı bu ilin may ayında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilərək Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində vəzifəyə təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılaraq, məhkəmə qərarı ilə həbs ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 237 24.12.19 13:13