Rusiyanın “başıbəlalı” himni yenə səhv salındı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Rusiyanın “başıbəlalı” himni yenə səhv salındı - VİDEO

Rusiyanın “başıbəlalı” himni yenə hər kəsi heyrətləndirib. Bu dəfə anlaşılmazlıq ərəb ölkələrində deyil, Avropada – İsveçrənin Davos şəhərində yaşanıb. Özü də bu səhv iki dəfə təkrarlanıb.

Bu barədə Life.ru xəbər yayıb.

Bildirilir ki, “Salavat Yulayev” – “Ak Bars” görüşünün təşkilatçıları Rusiyanın himnini dəyişik salaraq, onun əvəzinə Mixail Qlikinin “Vətənpərvərlik” mahnısını səsləndiriblər.

Təşkilatçılardan fərqli olaraq, azarkeşlər və xokkeyçilər bunun fərqinə vararaq, mahnını səsləndirməyiblər. Tribunadan etiraz fit səslərinə baxmayaraq, musiqinin ifası davam edib və sona qədər səsləndirilib. Bundan sonra diktor üzrxahlıq edərək, əsl himni səsləndirəcəklərinə söz verib.

Lakin dinamiklərdən yenə Qlinkinin musiqisi səslənib, bu dəfə səhv dərhal anlaşılıb və mahnı dayandırılıb.

Vəziyyəti azarkeşlər düzəldiblər, onlar ölkə himnini kapella oxuyublar.

Qeyd edək ki, bundan əvvəl də ərəb ölkələrində analoji hadisə yaşanmışdı. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanını ziyarəti zamanı Ərəbistan orkestri himni səsləndirərkən notları qarışdırmışdı.

Nəticədə, Rusiya himni tamamilə səhv səsləndirilmişdi. Baş verənləri təəccüblə izləyən Putinin görüntüləri sosial şəbəkələrdə ən çox izlənən videolardan birinə çevrilmişdi.

Eyni hadisə Misirdə də yaşanmışdı.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 239 24.12.19 12:59