Röya Abbas və Zamiq küsülülüyündən danışdı: “Hər ikisi tərs və eqoistdir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |    

Röya Abbas və Zamiq küsülülüyündən danışdı: “Hər ikisi tərs və eqoistdir”

Zamiq və Abbas bir-birini çox istəyir və hörmət edirlər. Hər ikisində tərslik və eqoistlik olduğu üçün bu küsülülük uzun çəkir. İnşallah, hər iki dostum tezliklə barışacaq.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Röya Ayxan yaxın dostları Abbas Bağırov və Zamiqin küsülü olmasına münasibət bildirərkən deyib.

“Zamiqlə aramızda elə də böyük olmayan anlaşılmazlıq yaranmışdı. Məni Zamiqlə Abbas Bağırov barışdırıb. Biz barışdıqdan sonra Abbas çox sevindi. Üç ay sonra isə onlar küsdü. Onların küsülülüyü çox davam etdi.

Mən hər ikisinin xasiyyətini yaxşı bilirəm. Abbas Zamiqi hədsiz çox istəyir. Zamiq dedi-qodulara qarışan deyil və dostunun arxasınca heç nə danışmaz. Sadəcə, məclislərin birində münasibətlərində anlaşılmazlıq yaranıb. Ümid edirəm ki, onlar tezliklə barışacaq. Başqa yolu yoxdur”, - deyə Röya Ayxan bildirib.

“Onları barışdırmaq fikriniz var?” sualına Xalq artisti belə şeyləri sevmədiyini deyib:

“Onların hamısı boş şeylərdir. İnsanların özü o həddə gəlib barışmalıdır. İkisi də qız bürcüdür. Hər ikisində tərslik və eqoistlik var. İstəyirəm ki, Abbas da bu barışa addım atsın. Çünki həmişə özü məni belə şeylərə sövq edib. Ona demək istəyirəm: “Zamiq tanıdığımız insanlar arasında ən möhtəşəm bir oğlandır. Onunla küsülü qala bilməzsən. Barışın, getsin”.

Nə Abbas, nə də Zamiq toy müğənniləri deyil. Onların davası pul və ya səhnə üstündə deyil. Hər birinin öz tamaşaçısı var. Bunu qorumaq üçün dostluqlarını saxlamalıdırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 501 19.12.19 14:03